• Şəfa şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 8 978

Tarix : 20-05-2021, 18:00

Bölmə : Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 toyuq budu
2 rəndələnmiş yerkökü
1 soğan
2-3 diş sarımsaq
1 çay stəkanı vermişel
1 xörək qaşığı kərə yağı
1 xörək qaşığı zeytun yağı
1,5 xörək qaşığı un
Təxminən 6 stəkan toyuq suyu və ya 3 stəkan toyuq suyu 3 stəkan su .
Duz, istiot, çili bibəri
Yarım limonun suyu
Cəfəri

Hazırlanması:
Əvvəlcə toyuq bulyonumuzu hazırlayaq, buna görə toyuq buduna 7 stəkan su əlavə edib qaynadın.
Qaynadılmış toyuq budunu sümüyündən ayırıb didək və toyuq bulyonunu tel süzgəcdən keçirək.
Sobanın üstünə böyük bir qazan qoyaq, yağları əlavə edib əridib sonra sürtgəcdən keçirilmiş yerkökü əlavə edib bişirin, xırda doğranmış soğan və sarımsaq əlavə edib yaxşı qızardın.Qızardıldıqda bir yarım xörək qaşığı un əlavə edək, 1-2 dəqiqə qızardın və toyuq ətini yavaş-yavaş əlavə edib qarışdırın.
Toyuq bulyonunuz yetərli deyilsə onu su ilə qarışdıra bilərsiniz.Şorbanı qaynatmaq üçün buraxırıq, qaynadıldıqdan bir neçə dəqiqə sonra vermişelli əlavə edirik və ara sıra qarışdıraraq bişiririk.Təxminən on dəqiqədən sonra toyuq ətini əlavə edib 2-3 dəqiqə qaynatırıq, yarım limonun suyunu və incə doğranmış cəfəri əlavə edirik.

Nuş olsun!
BİZİ İZLƏYİN