• Ranç sousu resepti

Reseptin məlumatları Baxış sayı: 14 483

Tarix : 26-07-2016, 12:00

Bölmə : Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 x.q. xama
2 x.q. mayonez
1 st. qatıq
1 x.q. zeytun yağı
1 x.q. limon şirəsi
3 göy soğan
bir neçə cəfəri
balaca şüyüd dəstəsi
1 diş sarımsaq
duz
qara üyüdülmüş istiot

Hazırlanması:
Sarımsağı əzin. Qatığın yarısını ayırıb bir kənara qoyun, qalanını digər ərzaqlarla birlikdə blenderin yüksək sürətində xırdalayın.
Qatığın qalanını, duz-istiot əlavə edib bir daha blenderdən keçirin.
Əgər blenderiniz yoxdursa, göyərtini çox xırda doğrayın, sarımsağı əzin, digər ərzağı çalın, sonra isə göyərti və sarımsaqla qarışdırın.
Ranç sousunu ağzı kip bağlanan bankada soyuducuda 1 həftə saxlamaq olar. Bişmiş kartof və salatlar üçün əla sousdur.

Nuş olsun!
Etiketlər: qalanını, digər, istiot, Qatığın, ərzağı, çalın, sonra, sarımsağı, blenderiniz, keçirin, yoxdursa, göyərtini, doğrayın, xırda, göyərti, sarımsaqla, Bişmiş, saxlamaq, kartof, salatlar
BİZİ İZLƏYİN