• Soyutma resepti

Reseptin məlumatları Baxış sayı: 14 370

Tarix : 22-09-2019, 12:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Qoyun əti - 2 kq
Kök - 1 ədəd
Soğan - 1 ədəd
Cəfəri, reyhan - 2 dəstə
Duz, qara istiot

Hazırlanması:
Qoyun əti, soğan və kökün üzərini tam örtənədək su tökürük. Ət tam hazır olana qədər qısıq atəşdə bişiririk. Arada köpüklərini alırıq ki, bulyon təmiz alınsın. Süzürük və ətin üzərinə tökürük (bulyon bir qədər az olmalıdır).Nar dənələrini üzərinə səpirik.

Soyutmanın yanına çoxlu təzə göyərti veririk. Bu resepti kartofla, həmçinin pomidor və ya xama sousu ilə də tamamlamaq olar.

Bu ətin tərkib hissəsi olan lesitin maddəsi bədəndə düzgün xolesterol mübadiləsini normallaşdırır. Buna görə qoyun əti çox vaxt bir çox pəhriz növlərinin bir hissəsidir. Bundan əlavə, bu ətin müntəzəm istifadəsi həzmə də müsbət təsir göstərir.

Qoyun ətinin ziyanı başqa növ bir ətin ziyanından heç cür fərqlənmir. İstənilən ət növünün çox miqdarda qəbulu skleroz və piylənməyə gətirib çıxarır.

Nuş olsun!
Etiketlər: Qoyun, üzərinə, bulyon, qədər, tökürük, Bundan, hissəsidir, növlərinin, lesitin, əlavə, hissəsi, müntəzəm, maddəsi, pəhriz, xolesterol, düzgün, mübadiləsini, normallaşdırır, qoyun, istifadəsi
BİZİ İZLƏYİN