• Makaronlu, ətli, limonlu adana şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 22 181

Tarix : 12-06-2014, 02:36

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar / Makaron yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
250 q qiymə
250 q makaron
150 q noxud
6 diş sarımsaq
1 limonun suyu
150 q kərə yağı
Bulyon və ya su
Duz
İstiot
Qırmızı pul istiot və quru nanə

Hazırlanması:
Noxudu axşamdan yuyub isladın, sabahı gün 2 litr suda bişirin.
Bişənə yaxın makaron əlavə edib qaynatmağa davam edin.
Sürtgəcdən keçirilmiş 1 baş soğan, qiymə, duz, istiotu qarışdırıb noxud boyda küftələr düzəldin.
Bunları 100 q yağda bişirdikdən sonra qazandakı noxud və makaronun üzərinə əlavə edin.
1 st. limon şirəsi töküb bir buğum qaynadın. 1 ç.q. qırmızı istiot, 1 ç.q. nanə, duz və qara istiotu 50 q yağda qızarıb şorbaya qatın.

Nuş olsun!
Etiketlər: noxud, yağda, istiot, əlavə, istiotu, qiymə, makaron, sonra, qazandakı, makaronun, Bunları, küftələr, düzəldin, üzərinə, bişirdikdən, töküb, qızarıb, şorbaya, qatın, olsun
BİZİ İZLƏYİN