• Südlü mərci şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 2 885

Tarix : 17-06-2017, 17:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 stəkan süd,
1 stəkan qırmızı mərci,
6 stəkan su,
2 yemək qaşığı düyü,
1 ədəd soğan,
1 diş sarımsaq,
1 yemək qaşığı zeytun yağı,
Qırmızı bibər, nanə, istiot, kəklikotu.

Hazırlanması:
Soğan və sarımsağın qabıqlarını soyub, doğrayın. Düyü və mərcini yaxşıca yuyub, süzün. Şorba qazanına sarımsaq, soğan, su, düyü və mərcini töküb, qarışdırın. Orta dərəcəli qazda 25 dəqiqə bişirin. Daha sonra qazanı qazın üzərindən götürüb, blenderdən keçirin. Südü şorbaya əlavə edib, yenidən qazın üzərinə gətirin. Yenidən şorbanı qaynadın. Kiçik bir tavada zeytun yağında ədviyyatları qızdırıb, şorbaya əlavə edin və qarışdırın.

Nuş olsun!
Etiketlər: stəkan, mərcini, qazın, şorbaya, əlavə, zeytun, qarışdırın, sarımsaq, yemək, qaşığı, soğan, blenderdən, keçirin, mərci, yağında, götürüb, qızdırıb, ədviyyatları, üzərindən, qırmızı
BİZİ İZLƏYİN