Tərkibi:2 ədəd kök
2 ədəd balqabaq
2 ədəd badımcan
6 ədəd yaşıl bibər
1 ədəd kiçik gül kələm
2 su stəkanı göbələk
Qızartmaq üçün:3 ədəd yumurta
1 su stəkanı un
2 çay qaşığı toz bibər
1 su stəkanı duru yağ
1 çay qaşığı duz
Sous üçün:2 su stəkanı qatıq
1-2 dəstə şüyüd
2 diş sarmısaq
Hazırlanması:Tərəvəzləri yuyub, suyunu süzün. Balqabaqları, kökləri, badımcanları incə-incə və uzunlamasına doğrayıb südün içində gözlədin. Gül kələmi 5 dəqiqə qaynadın.
Yumurta, toz bibər və duzu qarışdırın. Bir qaba un əlavə edin. Tərəvəzləri əvvəl yumurtalı qarışığa, sonra una batıraraq isinmiş yağda qızardın. Qatıq, sarımsaq və şüyüdü qarışdırın. Tərəvəzlərin yanında servis edin.
Nuş olsun!
Etiketlər: stəkanı, bibər, qarışdırın, Tərəvəzləri, qaşığı, əvvəl, yumurtalı, əlavə, qarışığa, sonra, kələmi, dəqiqə, qaynadın, Yumurta, gözlədin, isinmiş, Tərəvəzlərin, yanında, servis, olsun