• Fırında gül kələmi resepti

Reseptin məlumatları Baxış sayı: 17 288

Tarix : 14-03-2016, 21:00

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 4-6


Tərkibi:
1 kiçik boy gül kələmi,
1 orta soğan,
1 şorba qaşığı yağ,
4 şorba qaşığı un,
3 yumurta,
Yetərincə duz,
Istiot,
1\2 dənə cəfəri,
1\2 dənə şüyüd,
1 çay qaşığı soda,

Hazırlanması:
Gül kələmlərini bol suda bişirin.
Süzdükdən sonra qaşıqla möhkəm əzib püre halına gətirin.
Qazanda bir qaşıq yağda doğranmış soğanları azca qızardın.
Içərisinə gül kələmini də ataraq 1- 2 dəqiqə yenidən qovurun.
Soyuduqdan sonra bütün ərzaqları da içinə qataraq qarışdırın.
Gül kələmi püresini yağlanmış tavada , qızğın fırında bişirin.
Not : arzu edərsiniz üzərinə holland pendiri də tökə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qaşığı, sonra, şorba, bişirin, kələmi, ərzaqları, içinə, qarışdırın, bütün, qataraq, qovurun, ataraq, dəqiqə, yenidən, püresini, Soyuduqdan, olsun, edərsiniz, üzərinə, holland
BİZİ İZLƏYİN