• Gül kələmli toyuq küftəsi resepti

Reseptin məlumatları Baxış sayı: 13 795

Tarix : 12-06-2016, 19:00

Bölmə : Toyuq yeməkləri / Tərəvəz yeməkləri / Qidalanma qaydaları

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1 ədəd gül kələmi,
1,5 ədəd toyiq döşü,
Cəfəri,
İstiot,
Pul bibər
Uzunsov bibər,
Duz.

Qızartmaq üçün:
1 stəkandan bir az əksik əridilmiş kərə yağı və maye yağ.

Hazırlanması:
Gül kələmini təmizləyin.
Təmiz-təmiz yuyun.
Təmizlədiyiniz gül kələmini bir az qaynadın.
Qaynatdığınız gül kələminin suyunu süzün və üzərinə soyuq su əlavə edin.
Qaynatmış olduğunuz gül kələmini kök və çiçəyinə ayırın.
Ayırdığınız çiçəkləri bir qaba alın.
İçinə toyuq döşü qiyməsini, cəfəri və ədviyyatları əlavə edib yaxşıca yoğurun.
Əritdiyiniz yağı dibi tutmayan bir tavaya alın.
Hazırladığınəz qiymədən küftələr hazırlayın.
Hazırladığınız küftələri yağda qızardın.
Hər bir küftəni qızartdıqca tavaya az-az yağ əlavə edin.

Not:
Çörək, balıq, və ya başqa qızartmalar olan zaman yağı tavata az-az əlavə edin ki, qızartmalarda dad dəyişikliyi olmasın.
Bu küftəni isti-isti yeyəndə gül kələminin dadı çox gözəl olur.
Sabaha qalanda isə sadəcə küftə iyi gəlir və heç vaxt gül kələminin iyi gəlmir.
Bəzi insanlar gül kələminin iyini sevmədiyi üçün bu küftəni ertəsi gün istifadə edirlər.

Nuş olsun!
Etiketlər: əlavə, kələminin, küftəni, kələmini, bibər, tavaya, qızartdıqca, Çörək, balıq, zaman, başqa, qızartmalar, qızardın, küftələr, qiymədən, Hazırladığınəz, hazırlayın, Hazırladığınız, yağda, küftələri
BİZİ İZLƏYİN