• Toyuq ləvəngisi resepti

Reseptin məlumatları Baxış sayı: 20 526

Tarix : 25-04-2015, 18:00

Bölmə : Toyuq yeməkləri

Mətbəx : Talış mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 toyuq
3 baş soğan
1,5 st. qoz ləpəsi
3 x.q. alça turşusu
duz, istiot

Hazırlanması:
Soğanı ət maşınından keçirin. Təmiz parçaya soğanı töküb sıxıb, acı suyunu çıxarın. Qozu qozçəkən maşından keçirin. Soğanla qozu qarışdırın. Kütləyə duz, istiot və turşunu əlavə edib yaxşı qarışdırın. Duz və istiotu zövqə görə götürün. Toyuğun üstünə, içini duz, istiot və turşu çəkin. Hazır içliyi toyuğun içinə yığın. Toyuğun ayaqlarını çəpinə bir-birinə keçirdin. Aralı qalıb içlik axmasın deyə sap ilə qalan yerləri tikin. Tavaya yağ töküb, toyuğu qoyun. 150 dərəcə qızdırılmış sobada tam bişənə qədər qızardın. Hazır ləvəngini şəraitə görə təndirdə də bişirmək olar.

Nuş olsun!
Etiketlər: istiot, Hazır, keçirin, qarışdırın, töküb, Toyuğun, axmasın, içlik, Aralı, keçirdin, qalıb, qalan, toyuğun, içliyi, içinə, yığın, çəpinə, ayaqlarını, birinə, tikin
BİZİ İZLƏYİN