Tərkibi:Sarımsaq
Alma
Mixək
Duz
Hazırlanması:Sarımsaq dişlərini yarım, yaxud birlitrlik bankalara yığın. Üstünə qaynar su tökün. 10 dəqiqə sonra suyu süzüb qədərini ölçün. Həmin qədərdə alma şirəsi (yaxşı olar ki, turş almanın) götürün. İçinə iki mixək və yarım litr bankaya 1 x.q. duz (litrlik bankaya isə 1,5 x.q. duz) əlavə edin. Bunu ocağın üstünə qoyun, qaynara düşəndə götürüb bankadakı sarımsağın üstünə süzün. Bankanı bağlayın.
Nuş olsun!
Etiketlər: üstünə, bankaya, yarım, Sarımsaq, əlavə, ocağın, litrlik, götürün, mixək, qoyun, İçinə, düşəndə, Bankanı, bağlayın, olsun, süzün, sarımsağın, almanın, götürüb, bankadakı