• Marinə edilmiş gülkələmi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 941

Tarix : 11-03-2016, 23:00

Bölmə : Turşular / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq gülkələmi
1 yerkökü
1 şirin bibər
1 acı istiot
kərəviz kökü və ya budaqları

marinad:
3 st. su
3/4 st. 9%-li sirkə
3/4 st. şəkər tozu
2 ç.q. duz
2 dəfnə yarpağı
dənəvər istiot

Hazırlanması:
Gülkələminin budaqlarını ayırın, yuyun, 1,5 litrlik bankaya yığın. Aralarına təmizlənib doğranmış yerkökü, şirin bibər, kərəviz düzün.

Marinad üçün olan ərzağı qarışdırıb ocağın üstünə qoyun, qaynara düşəndə ocaqdan götürün, bankadakı tərəvəzin üstünə tökün. Soyudun. 2 gün soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz.

Marinə edilmiş gülkələmi resepti - FOTO RESEPT

Marinə edilmiş gülkələmi resepti - FOTO RESEPT

Marinə edilmiş gülkələmi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: kərəviz, üstünə, istiot, bibər, şirin, yerkökü, götürün, düşəndə, ocaqdan, qaynara, qarışdırıb, ərzağı, bankadakı, ocağın, qoyun, Soyudun, süfrəyə, bilərsiniz, olsun, sonra
BİZİ İZLƏYİN