• Göyəm turşusu resepti

Reseptin məlumatları Baxış sayı: 48 631

Tarix : 8-03-2016, 15:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Sarımsaq – 500 q,
göyəm – 3 kq.,
dəfnə yarpağı – 3 ədəd,
quru nanə – 30 q.,
ətirli istiot – 5 əd.,
qara istiot – 5 əd.,
duz – 2 x. q,
sirkə – 100 q.

Hazırlanması:
Göyəm yuyularaq 1-2 yerdən çəngəllə deşilir. Sarımsaq dişləri soyulub təmizlənir. Bankanın dibinə ədviyyat qoyulur, sarımsaq dilimləri, sonra göyəm yığılıb üstünə qaynar su tökülür. Banka açıq şəkildə 3-4 saat (su soyuyana kimi saxlanılır). Daha sonra bankadakı soyudulmuş su yenidən qazana boşaldılaraq qaynadılır və qaynaq su ikinci dəfə duz və sirkə ilə birgə bankaya tökülür. Bankanın qapağı hermetik bağlanıb sərin yerdə saxlanılır.

Nuş olsun!
Etiketlər: Bankanın, istiot, sirkə, saxlanılır, göyəm, Sarımsaq, sonra, tökülür, yenidən, bankadakı, soyudulmuş, şəkildə, qaynar, Banka, qazana, soyuyana, qaynaq, hermetik, bağlanıb, sərin
BİZİ İZLƏYİN