Tərkibi:3 fincan un
0,5 st. qatıq zərdabı (qatığı kəsərkən çıxan suyu)
su
1 ç.q. duz
İç üçün:3 kartof
1 soğan
cəfəri
qırmızı istiot
qara istiot
duz
Üzərinə:kərə yağı
Hazırlanması:Xəmir üçün lazım olan ərzağı qarışdırıb yoğurun. Gözləmə xəmiri yumşaq, elastik olmalıdır. 7 kündə tutub aş boşqabı böyüklüyündə yayın.
İç üçün: çiy kartofu çips nazikliyində doğrayın. Soğan və cəfərini xırda doğrayıb kartofun üzərinə səpin. duz, qara və qırmızı istiot əlavə edib qarışdırın. Yaydığınız yuxaların içinə qoyun, aypara kimi bükün. Gözləmələri sacın üstünə qoyun, vam odda içi bişənə qədər bişirin (kartof çiy olduğu üçün yaxşı bişirilməlidir). Bişmiş gözləmələrin üzərinə kərə yağı çəkin.
Nuş olsun!
Etiketlər: istiot, üzərinə, qırmızı, qoyun, kartof, Yaydığınız, yuxaların, aypara, içinə, əlavə, xırda, cəfərini, doğrayıb, kartofun, bükün, səpin, qarışdırın, sacın, Bişmiş, bişirilməlidir