• Kəsmikli qat-qat resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 70 785

Tarix : 15-06-2014, 17:22

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi :
Xəmiri üçün:

500 q un
200 ml su
100 qr kərə yağı
1 x.q. bal
duz

İçlik üçün:
150 q manna yarması
400 ml süd
200 q şəkər tozu
150 q cukat (ananas şəkəri)
200 qr kəsmik
Yarım çay qaşığı darcın
1 ədəd vanil

Hazırlanması:
İlk öncə xəmiri edirik. Duz və balı suda həll edirik, un əlavə edib xəmir yoğururuq. 2 saat soyuducuda saxlayırıq. Bu arada içliyi hazırlayırıq. Mannanı süddə bişirib soyuduruq, kəsmik, şəkər, darcın, vanil və cukat əlavə edib qarışdırırıq. Daha sonra xəmiri lavaş kimi nazık yayırıq. Az yağlayıb rulet kimi bükürük. Ən az 1 saat soyuducuda saxlayırıq. Daha sonra 1sm qalınlıgında kəsirik və uzadıb şəkildəki kimi konus forması veririk. İçinə içlik qoyub bükürük.

Kəsmikli qat-qat resepti - FOTO RESEPT

Kəsmikli qat-qat resepti - FOTO RESEPT

Üzərinə yumurta çəkib 190–200 dərəcədə 25–30 dəqiqə bişiririk.

Nuş olsun!

Etiketlər: xəmiri, vanil, darcın, əlavə, soyuducuda, bükürük, sonra, saxlayırıq, kəsmik, edirik, şəkər, cukat, uzadıb, şəkildəki, konus, forması, rulet, kəsirik, bişiririk, qalınlıgında
BİZİ İZLƏYİN