• Mürəbbəli bulkalar resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 48 792

Tarix : 9-08-2014, 23:20

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 ml isti süd
50 q marqarin
2 yumurta (biri xəmirə, biri üstünə)
3 x.q. şəkər tozu
3 x.q. bitki yağı
1 paket vanilli şəkər tozu
1 ç.q. quru maya
2-2,5 st. un
0,5 ç.q. duz
Mürəbbə (yaxud meyvə və giləmeyvə)

Üzərinə:
1 x.q. kərə yağı
2-3 x.q. un
1 x.q. şəkər tozu

Hazırlanması:
İsti süddə mayanı və 1 ç.q. şəkər tozunu əridin, 2-3 x.q. unu əlavə edib qarışdırın, 10 dəqiqə saxlayın.

Marqarini əridin, yumurta, şəkər tozu, vanil, duz və bitki yağı əlavə edib yaxşıca qarışdırın, sonra baratanı da əlavə edib un qataraq xəmir yoğurun. Qazanın içini bitki yağıyla yağlayın, xəmiri içinə qoyun, qapağını örtüb isti yerdə 1-1,5 saat saxlayın.

Xəmir gələndə əllərinizi yağlayıb 11-12 kündə tutun.

Tavanı, yaxud sinini kərə yağı ilə yağlayın. Hər kündənin ortasına 1 ç.q. mürəbbə (yaxud meyvə, giləmeyvə, "Korovka" konfetinin yarısını, bişmiş qatılaşdırılmış süd və s.) qoyun. Əgər mürəbbə çox durudursa, azca un, yaxud narın suxarı əlavə edin. Xəmirin kənarlarını bitişdirin (yağ səbəbindən bitişmirsə, un vurun). "Tikiş" yeri aşağı olmaqla bir-birindən azca aralı siniyə düzün. Hamısının kənarına bitki yağı çəkin (şişib bitişəndə ayırmaq asan olsun).

Hamısını yerləşdirəndən sonra sininin üzərinə qida plyonkası çəkin, 20 dəqiqə saxlayın.

Həmin müddətdə üzərinə səpmək üçün un, kərə yağı və şəkər tozunu qarışdırıb ovun.

Sobanı 200 dərəcəyədək qızdırın. Şişmiş bulkaların üzərinə çalınmış yumurta çəkin, üzərinə ovuntuğu səpin.

Sobada üstü qızarınca bişirin.

Soyuyandan sonra bulkaları ayırın.

Nuş olsun!

Mürəbbəli bulkalar resepti - FOTO RESEPT

Mürəbbəli bulkalar resepti - FOTO RESEPT

Mürəbbəli bulkalar resepti - FOTO RESEPT

Mürəbbəli bulkalar resepti - FOTO RESEPT

Mürəbbəli bulkalar resepti - FOTO RESEPT

Mürəbbəli bulkalar resepti - FOTO RESEPT

Mürəbbəli bulkalar resepti - FOTO RESEPT

Etiketlər: şəkər, üzərinə, bitki, yaxud, əlavə, sonra, yumurta, çəkin, saxlayın, qarışdırın, əridin, yağlayın, olsun, qoyun, tozunu, dəqiqə, mürəbbə, giləmeyvə, meyvə, xəmirə
BİZİ İZLƏYİN