Hə, "tənbəllik" mövzumuz davam edir. Bəzən mağazadan alınmış yarımfabrikat düşbərə (pelmen) yeyilmir, təbii, ev düşbərəsinin dadını vermir axı. O zaman bu resept dada çatar.
Tərkibi:450 q düşbərə
4 yumurta
150 q pendir
200 q mayonez
Hazırlanması:İstənilən yarımfabrikat düşbərə yarayır. (Hətta şam yeməyindən artıq qalmış ev düşbərəsi də).
Donunu açmadan odadavamlı qaba bir lay döşəyin.
Yumurtalara mayonez qatıb çəngəllə eynicinsli kütlə halına gələnədək çalın. Duz vurmaq lazım deyil, mayonezin duzu kifayət edər.
Bu qarışığı düşbərənin üstünə tökün. Üstünə sürtgəcdən keçirilmiş pendir səpin. İsti sobaya qoyub hazır olanadək bişirin.
Pendir əriyib qızaranda, demək ki, tənbəl arvadın düşbərəsi hazırdır.
Həm isti, həm də soyuq çox dadlı olur.
Nuş olsun!
Etiketlər: düşbərə, düşbərəsi, yarımfabrikat, pendir, mayonez, düşbərənin, üstünə, tökün, keçirilmiş, sürtgəcdən, Üstünə, kifayət, çalın, gələnədək, vurmaq, lazım, mayonezin, deyil, qarışığı, sobaya