• Hansı hissə hansı hormona görə piylənir?

Reseptin məlumatları Baxış sayı: 2 187

Tarix : 30-03-2018, 10:00

Bölmə : Pəhriz (diet)


Hissələrə görə piylənmədə genetik səbəblərlə yanaşı, hormonların da rolunun böyük olduğu məlumdur. Piylənmənin miqdarı 25%-i keçdiyi zaman təhlükə zəngləri çalmağa başlayır. Düzdür, piy hüceyrələri də digər orqanlarımız kimi çox vacib orqandır. Onlar bədənin istiliyini tənzimləyər, gələn zərbələrin qarşısını almaqla sümük qırılmalarını əngəlləyər. Bəzi hormonların da sintezində böyük rol oynayır. Buna görə də, orqanizmdə sıfır yağ olduqda yaşamaq mümkün olmaz. Piy hüceyrələri mütləq bədəndə olmalıdır. Amma bu miqdar qadınlarda 30%, kişilərdə isə 25%-dən artıq olmamalıdır. Əks halda ürək-damar, şəkər və bəzən də xərçəng xəstəliyinin yaranmasına səbəb olar.

Piy hüceyrələri bütün orqanlara yayılır. Amma bəzi hissələrə daha çox yayılır. Piy hüceyrələrinin bədəndə yayılması isə genetik faktorla əlaqəlidir. Biz sizə bu dəfə hansı hormonlara görə hansı hissələrin piyləndiyindən xəbər veririk ki, faydalanıb daha diqqətli olasınız.

Ümumi olaraq iki cür piylənmədən bəhs edə bilərik – bel və bud hissəsindəki piylənmə.

Bel hissəsindəki piylənmə
Bel hissəsindəki piylənmə sağlamlıq baxımından daha çox təhlükəlidir. Çünki buradakı piy hüceyrələri daha çoxdur və daxili orqanlara daha çox yaxındır. Bu səbəblə də, bel ətrafı qalın olanlar bud hissəsi qalın olanlara görə metabolizma baxımından daha risklidir.

Hormonal pozğunluq piylənməyə təsir edir
Hissələrə görə piylənmədə genetik səbəblərlə yanaşı, hormonal pozğunluğun da çox böyük rolu var. Bel hissəsi qalın olanlarda insulin hormonu daha çoxdur. İnsulin bizim mədəaltı vəzimiz tərəfindən ifraz olunan və yediklərimiz tərəfindən də bədənimizə daxil olan bir hormondur.

Amma bel hissəsi qalınlaşdığı zaman insulin hormonu şəkəri hüceyrəyə ötürməkdə çətinlik çəkir və bədəndə insulin yüksəkliyi başlayır. Belə olduğu halda isə iştaha açılır və piylənmə daha çox olur. Yəni, şəkər xəstəliyinin də “addım”ları eşidilməyə başlanır

Artıq piyləri əridən möcüzəvi qidalar
Sağlam bir şəkildə çəki atmaq üçün balanslı qidalanmaq və hərəkətli olmaq şərtdir. Bununla birlikdə bəzi qidalar çəki atmaqda sizə kömək edir və metabolizmanı da sürətləndirir. Qatıq, qreypfrut və yaşıl çay bu baxımdan ən yaxşı seçimdir. Son dövrlərdə aparılan araşdırmalara görə, ara atışdırmalıqlardan əvvəl yarım dilim qreypfrut yemək 3 ayda heç bir pəhriz saxlamazkən belə 5 kq çəki atmaqda sizə kömək edəcək meyvədir. Bel hissəsi qalın olanlarda bu qidalar daha çox təsirlidir.

Tez bir şəkildə yağa çevrilən qidalardan uzaq durun
İnsan yağ qəbul edərək artıq piylərdən azad ola bilməz. Ən yüksək kalorili qidalar məlumdur ki, yağlı qidalardır. Ona görə də, belə qidalarla diqqətli olmaq lazımdır. Ümumi olaraq yumşaq, ağızda tez əriyən və əldə yağ buraxan qidalar yağlı qidalardır. Çərəzlər, kruasanlar, cipslər, qurabiyələr, xəmirli qidalardan uzaq durmalısınız.
Etiketlər: qidalar, hissəsi, piylənmə, hüceyrələri, qalın, insulin, bədəndə, genetik, böyük, hissəsindəki, Ümumi, qidalardan, səbəblərlə, diqqətli, şəkər, xəstəliyinin, Hissələrə, olaraq, artıq, baxımından
BİZİ İZLƏYİN