• Hamilələr üçün çox maraqlı və faydalı pəhriz

Reseptin məlumatları Baxış sayı: 72

Tarix : 8.09.2018, 10:00

Bölmə : Pəhriz (diet)


Hamilələr üçün nəzərdə tutulan pəhrizin yalnız bir məqsədi var - ana və onun bətnində inkişaf edən körpənin bütün lazımi elementlərlə təmin oluması.

Bu pəhrizə əməl etmək heç də çətin deyil.Ana və körpə üçün mütləq olan bütün vitamin və ehtiyatlar sadə qida məhsullarının tərkibində var.

Onu da qeyd etmək lazımdır ki, hamiləlik zamanı mütəmadi tez - tez qidalanmaq lazımdır.Lakin, yediyiniz qidanın qədərinə nəzarət etməlisiniz.Necə deyərlər - " az - az ye, tez - tez ye " .Hamiləlik zamanı həddindən artıq çox yemək yalnız xarici görünüş cəhətindən kökəlmək problemi səbəbilə deyil, eyni zamanda hamiləlik zamanı uşaqlıq yolları böyüyür və digər orqanları sıxır.Məhz bu səbəbdən də onsuz da yüksək gərginlik və ağırlıq içərisində olan orqanizmi bir tərəfdən də artıq yeməklə yükləmək lazım deyil.

Hamilələr üçün nəzərdə tutula pəhriz çox sadə prinsipə əsaslanır.İlk günə başlayarkən yemək seçərkən tərkibində dənli və taxıllı qidalara üstünlük vermək lazımdır.Nahar vaxtı isə ətli yaxud balıqlı yeməklər yemək olar.Şam yeməyi zamanı isə meyvə və tərəvəz yemək çox gözəl seçimdir.Gecə yatmazdan əvvəl isə süd və süd məhsullarına müraciət edə bilərsiniz.

Hamilə qadın gününü səhər 1 stəkan su içməklə açmalıdır.Əgər hamilədə toksikoz müşahidə olunubsa, içəcəyi suya bir neçə damcı limon şirəsi əlavə etmək olar.Günə başlayarkən yeməyi suyu içdiyinizdə 10 dəqiqə sonra başlaya bilərsiniz.Səhərlər mədə və bağırsağı stimullaşdırmaq lazımdır. Bunu isə ən yaxşı tərkibində sellüloza olan qidalar edir.Buna isə müxtəlif dənli və taxıl bitkiləri aiddir.Yəni, səhərlər bu taxıllı bitkilərdən müxtəlif sıyıqlar hazırlamalı və yeməlisiniz.Sıyığı yedikdən iki saat sonra yenə yemək olr.Bu artıq ikinci səhər yeməyi olacaq.Porsiyanı çox götürmək olmaz.Pendirlə bir dilim çörək yesəniz kifayət edəcək.Bunu da yedikdən 1 saat sonra 1 stəkan təzə sıxılmış meyvə şirəsi içmək olar.

Hamilələr üçün olan pəhrizin ən önəmli maddələrindən biri də odur ki, nahar yeməyinə başlamazdan əvvəl tərəvəzlərdən hazırlanmış salat yemək lazımdır.Doyumluluğunu artırmaq üçün isə yediyiniz salata bir qədər xama əlavə edə bilərsiniz.Daha sonra isə bir boşqab şorba içmək olar.Sonda isə ana yemək kimi bişirilmiş ət yaxud balıq yemək məsləhətdir.Qarnir kimi isə oların yanına bir miqdar kartof da qoymaq olar.

Şam yeməyinə gəldikdə isə o olduqca yüngül olmalıdır.Ən yaxşı seçim olar ki, bir az salat və yağsız,sadə bişirilmiş ət qəbul edəsiniz.Axşamlar isə hər hansı bir şirniyyatla özünüzü sevindirə bilərsiniz.Yatmazdan əvvəl əgər aclıq hissi varsa, 1 stəkan kefir yaxud da hər hansı bir meyvə yemək olar.

Bəzən hamiləlik pəhrizi adı altında hamilələrə hər şeydən imtina etmək və yalnız taxıllı və sıyıqlı yeməklər yemək tövsiyə olunur.Lakin, bu yanlışdır.Diqqət edərək qidalandıqda nə ana, nə də körpə üçün heç bir təhlükə yaranmaz!

Etiketlər: yemək, lazımdır, sonra, etmək, bilərsiniz, zamanı, tərkibində, meyvə, artıq, taxıllı, deyil, hamiləlik, əvvəl, stəkan, Hamilələr, yaxud, yalnız, yeməyi, yediyiniz, Yeməklərinizin
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica