• Dietoloqların da tövsiyyə etdiyi 6 qida

Reseptin məlumatları Baxış sayı: 2 175

Tarix : 21-06-2017, 11:00

Bölmə : Pəhriz (diet)


Dietoloqlar hər gün süfrənizdə mütləq bəzi qidaların olmasını tövsiyə edirlər. Çünki həmin qidaların sizə çox faydası var. Həmin qidaların sizin ürəyiniz, sümüklərinizə, gözəlliyinizə, hətta uzunömürlü olmağınıza təsiri var. Biz də sizin pəhrizdə faydalanmağınıza lazım olan qidaları təqdim edirik.

Portağal
Hamıya məlumdur ki, portağal C vitamini ilə zəngindir. C vitamini ağ qan hüceyrələrinin yaranmasına kömək edir. Bu qan hüceyrəklərilə infeksiyalara qarşı mübarizə apara bilirik. Eyni zamanda da sərbəst radikalların yarada biləcəyi problemlərə qarşı da orqanizmi qoruyur. Digər tərəfdən də gözəl dəriyə sahib olmağımıza kömək edir. Dərinin sıxlaşması üçün lazım olan kollagenin yaranmasında əsas antioksidanlardan biridir. Gündəlik pəhrizdə 1 ədəd böyük portağal mütləq qəbul edilməlidir ki, C vitamininə olan ehtiyac qarşılansın.

Qatıq
Bir stəkan qatıq gündəlik kalsium ehtiyacınızın yarısını qarşılayır. Qatıqda fosfor, kalium, B2, B12 vitamini, sink, zülal da var. Həzm sisteminin mütəmadi olaraq işləməsində qatığın çox vacib rolu var. Tərkibindəki olan faydalı bakteriyalar bağırsaqların yaxşı işləməsinə şərait yaradır. Qatıq yaşa bağlı və pis qidalanma vərdişi olması səbəbilə yaranan bağırsaq xəstəlikləri riskini azaltmağa təsir edən xeyirli qidadır.

Paxlakimilər
Paxlakimilər bitki tərkibli dəmirlə zəngindir. Dəmir oksigeni özündə birləşdirərək hemoqlobinin tərkibinə qatılır. Tənəffüz yolu ilə alınan oksigen toxumalara çox xeyirlidir. Bitki qaynaqlı dəmirin yaxşı qəbulu üçün C vitaminilə zəngin qidalarla birlikdə qəbul edilməlidir. Paxlakimilər lif baxımından çox zəngindir. Yarım stəkan bişmiş quru lobya 7 qram lifi özündə birləşdirir. Bu qandakı xolestrol səviyyəsini balanslaşdırmağa kömək edir.

Yağlı toxumlar
Yağlı toxumlar ürək sağlamlığı üçün faydalı olan doymamış yağ turşuları ilə zəngindir. Onlarstressi də azaldır. Tək və çoxlu doymamış yağ turşuları ilə zəngin olan qoz pis xolestrolu salır və yaxşı xolestrolu qaldırır. Araşdırmalara görə yağlı toxumlar ömrü də uzadır.

Çay
Araşdırmalara görə, çayın alzheimer, diabet və bəzi xərçəng növlərilə mübarizə riskini azaldır. Eyni zamanda çay içmək diş, diş ətləri və sümüklərin sağlamlığını qorumada köməkçi olur. Çay antioksidanların alt qrupu olan flavonoidlərlə zəngin içkidir.

Yumurta
Yumurtanın gündəlik qidalanmada çox vacib zülaldır. Həm də yorğunluğu azaldır və uzun müddət tox qalmağınıza kömək edir. Araşdırmalara görə səhərləri bişmiş yumurta yemək günorta yeyildiyində daha az kalori verir. Yumurta sarısındakı antioksidanlar gözlərin sağlamlığı üçün daha faydalıdır.
Etiketlər: zəngindir, kömək, zəngin, Araşdırmalara, azaldır, Paxlakimilər, toxumlar, qidaların, yaxşı, vitamini, sağlamlığı, turşuları, doymamış, qarşı, mübarizə, zamanda, edilməlidir, vacib, faydalı, özündə
BİZİ İZLƏYİN