• Su börəyi resepti

Reseptin məlumatları Baxış sayı: 7 961

Tarix : 6-12-2020, 12:00

Bölmə : Duzlu xəmir işləri / Börəklər / Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
3 ədəd yumurta
2 x/q duru yağ
1/2 su stəkanı süd
400 q ağ pendir
1/2 dəstə cəfəri
5 ədəd yuxa
Duz

Hazırlanması:
Ağ pendir və doğranmış cəfərini birlikdə qarışdırın.
Bir qabın içində yumurtanı çalın. Daha sonra oraya duzu, duru yağı və südü əlavə edib qarışdırmağa davam edin.
Sobanın yumru formalı qabının içini yağlayın. 1 ədəd yuxanı qabın içinə sərin. Yuxanın qabın kənarlarından kənara çıxmasına diqqət edin.
Yerdə qalan 4 ədəd yuxanı 4 yerə bölün. Yumurta, süd və yağdan hazırladığınız qarışımın içinə salın. Hər tərəfinin yaxşı bulanmasına diqqət edin.
Buladığınız yuxaların bir hissəsini qabın içinə düzün.
Pendir və cəfəridən hazırladığınız qarışımı bu qata tamamilə tökün.
Yerdə qalan yuxaları üzərini yaxşı örtənə qədər düzün. Daha sonra 1-ci qarın kənarlara çıxan hissələrini içəriyə doğru qatlayın. Yerdə qalan yumurta, yağ qarışımını üstünə töküb qarışdırın.
1 saat soyuducuda saxlayın.
Soyuducudan çıxartdığınız börəyi doğrayıb, 190 dərəcəd qızdırılmış sobada 40-45 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: qabın, qalan, içinə, Yerdə, hazırladığınız, yuxanı, sonra, diqqət, qarışdırın, yaxşı, pendir, düzün, yumurta, örtənə, kənarlara, qarın, qədər, üzərini, tamamilə, Pendir
BİZİ İZLƏYİN