• Bayatlamayan duzlu peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 4755

Tarix : 25.04.2021, 18:00

Bölmə : Duzlu xəmir işləri, Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 qram marqarin və ya kərə yağı
2 xörək qaşığı yağ
2 xörək qaşığı toz şəkər
2 xörək qaşığı sirkə
1 paket qabartma tozu
1 çay qaşığı duz
1 yumurta sarısının üstünə
Un lazım olduğu qədər (təxminən 3 stəkan)

Hazırlanması:
Əvvəlcə duru yağ və kərə yağı qarışdırılır.
Sonra digər maddələr əlavə olunur və qarışdırılır.
Sonda un əlavə olunur və qulaq məməsi qatılığında bir xəmir alırıq.Çox yumşaq olmasın, çünki çərəzlərimiz səpələnə bilər.
Şəkildə olduğu kimi və ya istədiyiniz kimi şəkilləndirin, yumurta sarısı çəkin və üzərinə küncüt və ya çörəkotu səpin.190 dərəcədə bişirin.
Bu materiallardan iki qab peçenye çıxır.

Nuş olsun!

Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN