• Qabaqlı-pendirli çörək resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 644

Tarix : 8-05-2016, 21:00

Bölmə : Duzlu xəmir işləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
300+50 q un
50 ml su
5 q maya
0,5 x.q. şəkər tozu
0,5 x.q. duz
2 orta boy qabaq
50 q parmezan
oreqano (yaxud kəklikotu)

Hazırlanması:
Qabaqları yuyun, xırda doğrayıb blenderdən keçirin. Əgər çox sulu alınırsa, azca sıxın (ya da xəmirə qatanda ununu bir qədər artıq edin).

Unu ələyin, şəkər tozu, duz, maya, su, qabaq püresini qatıb yoğurun. Yoğuran zaman sürtgəcdən keçirilmiş parmezan pendiri, oreqano əlavə edin (parmezanı keçi pendiri ilə də əvəz edə bilərsiniz).

Kündə tutub çörək formasına salın. Formaya qoyun. Ortasını xaçşəkilli çərtin. Üzərinə dəsmal çəkib isti yerdə 1 saat saxlayın.
180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin.

Qabaqlı-pendirli çörək resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: pendiri, parmezan, oreqano, şəkər, qabaq, salın, Formaya, qoyun, formasına, Ortasını, Kündə, parmezanı, əlavə, bilərsiniz, xaçşəkilli, tutub, çörək, dəsmal, sobada, dəqiqə
BİZİ İZLƏYİN