• Pendirli borucuqlar resepti

Reseptin məlumatları Baxış sayı: 17 723

Tarix : 27-07-2014, 02:05

Bölmə : Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmiri üçün:

2 stəkan yarım un
2 çay qaşığı qabartma tozu
Yarım çay qaşığı duz
1 stəkan süd – otaq hərarətində
Yarım stəkan duru yağ

İçi üçün:
2 stəkan yarım iri-iri ovulmuş ağ pendir
1 yumurtanın ağı
1 xörək qaşığı və ya zövqə görə daha da çox xırda-xırda doğranmış cəfəri (cəfərinin yerinə göy soğan və ya şüyüd də istifadə edə bilərsiniz)

Üstü üçün:
1 yumurtanın sarısı
Çörəkotu və ya güncüt

Hazırlanması:
Əvvəlcə xəmiri hazırlayın. İri qabda un, qabartma tozu və duzu qarışdırın. Süd və yağı buraya əlavə edib elastik və yumuşaq bir xəmir əldə edənə qədər, yoğurun. Xəmiri kündələyib qaba geri qoyun. Üstünü örtüb dincəlməsi üçün 10 dəqiqəlik kənara qoyun.

İçi hazırlamaq üçün ərzaqları qarışdırın. Pendiriniz duzludursa, içə duz əlavə etməyin. Duzsuzdursa, zövqə görə duz vurun.

Sobanı 195Cdək qızdırın. İki ədəd iri formanı hazır tutun.

Xəmiri 3 hissəyə bölün. Hər hissəni kündələyin, oxlovla 28 sm diyametri olan dairə şəklikdə açın. Dairəni bıçaqla 8 üçbucağa kəsin. Hər üçbucağın enli tərəfinə bir çay qaşığı dolu içdən qoyun. Üçbucaqları rulet şəklində bükün.

Alınan borucuqları listlərə düzün. Səthlərinə yumurta sarısı çəkib, çörəkotu və ya güncüt səpin. Bir listi sobanın aşağı hissəsi, digərini isə üst hissəsinə yerləşdirin. 10 dəqiqə bişirdikdən sonra, listlərin yerlərini dəyişib 10 dəqiqə daha, və yaxud borucuqların üstü qızaranadək bişirin.

24 ədəd borucuq üçün

Nuş olsun!
Etiketlər: stəkan, qaşığı, Xəmiri, qoyun, xırda, zövqə, dəqiqə, qarışdırın, güncüt, əlavə, sarısı, qabartma, yarım, yumurtanın, Yarım, Üçbucaqları, rulet, içdən, borucuqları, düzün
BİZİ İZLƏYİN