• Giləmeyvələr haqqında

Reseptin məlumatları Baxış sayı: 22 287

Tarix : 8-12-2016, 15:00

Bölmə : Faydalı bitkilər


Moruq-yaxşı tərlədici vasitə kimi soyuqdəymədə işlədilir. Bunun üçün 30 q meyvənin üstünə 200 q isti su tökülür. Bundan tərləmək üçün gecə 2 stəkan içilir. Moruğu qaynadıb ona bal qatdıqda xroniki revmatizmdə və qızılcada müalicəvi vasitə kimi istifadə edilir.

Böyürtkən-böyürtkənin meyvəsini və dəmləməsini sakitləşdirici və orqanizmi möhkəmlədici vasitə kimi klimaks dövründə istifadə etmək məsləhət görülür.

Meşə çiyələyi - ürək-damar sisteminin xəstəliklərində, hipertoniyada, aterosklerozda və duz mübadiləsinin digər pozğunluqlarında istifadə olunur. Meşə çiyələyi bağırsaqların fəaliyyətini nizamlamağa kömək edir
.
Qaragilə-Mövsüm boyu immuniteti möhkəmləndirməkdən ötrü mümkün qədər çox təzə qaragilə yemək məsləhətdir.Qaragilə həm idmançılara ,həm də zehni işlə məşğul olanlara xeyirdir.Qan dövranını,görmə qabiliyyətini,yaddaşı yaxşılaşdırır,həzmə və maddələr mübadiləsinə yaşı təsir göstərir.,avitaminozdan və dizinteriydan xilas edir,trompların yaranmasının qarşısını alır,zərərli xolestereni xaric edir,diabet qaraciyər xəstəlikləri,qanazlığı,sidikdaşı xəstəlikləri,revmatizm zamanı kömək edir.
Görmə qabiliyyətini yaxşılaşdırmaqdan ötrü 1 xörək qaşığı quru qaragilənin üstünə soyuq su töküb,acqarına səhər yeməyinə 30 dəq. qalmış yeyirlər.
Qaragilə bağırsaq pozuntuları zamanı da yaxşı təsir göstərdiyindən xroniki qəbizliyi sağaldır,peristaltikanınormaya salır.Bunun üçün gün ərzində 50-100 qram təzə giləmeyvə yeyin.
Etiketlər: vasitə, Qaragilə, istifadə, xəstəlikləri, çiyələyi, kömək, qabiliyyətini, xroniki, təsir, zamanı, yaxşı, Bunun, üstünə, xilas, dizinteriydan, avitaminozdan, göstərir, trompların, qarşısını, xaric
BİZİ İZLƏYİN