• Qaraciyəri xərçəngdən qoruyan qoz

Reseptin məlumatları Baxış sayı: 2 429

Tarix : 5-05-2017, 19:00

Bölmə : Faydalı bitkilər


Braziliya qozu qiymətli müalicəvi məhsul sayılır. Bu qoz bütün digər bitkilər arasında selen mineralın miqdarına görə əsl çempiondur.
Selen orqanizmin normal fəaliyyəti üçün olduqca vacib olan elementdir. Selen insan orqanizmində sintez olunmur və biz onu yalnız qida ilə ala bilirik.

Selen
- immun sisteminin fəaliyyətində böyük rol oynayır - immun sistemini gücləndirir, stimullaşdırır,
- kişi sağlamlığını qoruyur,
- iltihabları azaldır,
- ürək-damar sistemi xəstəliklərinin, aterosklerozun riskini azaldır,
- saç, dırnaq və dərinin sağlamlığını və cavanlığını qoruyur.

Lakin selen və onun mənbələrinin (xüsusilə braziliya qozun) əsas faydalı xüsusiyyətin ondan ibarətdir ki, selen güclü xərçəngəleyhinə təsirə malikdir. Selen müxtəlif xərçəng növlərinin profilaktikasında böyük rol oynayır.
Almaniya alimləri qaraciyər xərçəngi ilə bağlı olan genişmiqyaslı araşdırmalar aparıblar. Araşdırmalar göstərib ki, orqanizmdə selenin normal səviyyədə olması insanı qaraciyər xərçəngindən qoruyur.
Maraqlıdır ki, 2 braziliya qozunun tərkibində insan orqanizmi üçün lazım olan selenin günlük dozası var. Beləliklə, hər gün 2 braziliya qozu yeyən insan özünü bir çox xəstəliklərdən və pozulmalardan qoruya bilər.
Nəzərə almaq lazımdır ki, selenin orqanizmdə həddindən çox olması ziyanlı sayılır. Bu səbəbdən həddindən artıq miqdarda braziliya qozunun qəbulu orqanizmdə ziyan vura bilər.
Etiketlər: braziliya, Selen, selen, selenin, insan, qoruyur, orqanizmdə, bilər, immun, olması, sağlamlığını, normal, qaraciyər, sayılır, qozunun, böyük, oynayır, həddindən, azaldır, insanı
BİZİ İZLƏYİN