• Balqabaq

Reseptin məlumatları Baxış sayı: 2 737

Tarix : 5-09-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Balqabaq qədim bostan bitkilərindəndir və ondan hazırlanan dadlı təamlar milli mətbəximizin ləziz yeməklərindən hesab olunur. Əsasən, öz buğunda bişən, qovrulan, marinadlaşdırılan, mürəbbə, marmelad və salatlar üçün istifadə edilən balqabağın toxumları da müalicəvidir. Balqabaq yeməklərini sevməyənlər onun orqanizmə olan faydalarını, xəstəliklərə güclü müalicəvi təsirini bilsə, ondan yan keçməzlər.
Balqabaq şirəsinin və ya toxumlarından alınmış yağın istifadəsi xəstəliklər üzrə müxtəlif cürdür. Şirəni və ya yağı acqarına, yeməyə bir saat qalmış qəbul etmək lazımdır və bundan sonra su içmək məsləhət deyil. Qanazlığında, qaraciyər xəstəliklərində, iltihab əleyhinə, skleroza qarşı, mədə xoralarına və allergiya əleyhinə içilən balqabaq şirəsi və balqabaq yağı öd və böyrək daşlarına qarşı məlhəmdir. Balqabaq qan təzyiqini salır, qana düşən zəhərli toksinləri məhv edir.
Prostat vəzin iltihabında və adenomalarda gündə üç dəfə 1 çay qaşığı, müxtəlif mənşəli hepatitlərdə və qaraciyər serrozunda 2 çay qaşığı gündə 3-4 dəfə, ümumilikdə bir müalicə kursuna 0,8-1 litr olmaqla tövsiyə edilir. Öddaşı olan xəstələr gündə 3-5 dəfə yarım çay qaşığı balqabaq yağı içəndən sonra üstündən 1:2 nisbətində limon şirəsi qəbul etməlidirlər.
Mədə-bağırsaq traktlarında da balqabağın az suda vam şəkildə bişmişi, təzə çəkilmiş şirəsi və yağı heyrətamiz təsirə malikdir. Mədə qıcqırmaları, mədədə köplər olanda, mədə və onikibarmaq bağırsağın xoralarında, qastritlər zamanı bir müddət gündə 2-3 çay qaşığı balqabaq yağı içilərsə, həmin xəstəliklərin sağalmasına çox faydası dəyər.
Balqabaq tumundan alınmış yağ dəri xəstəliklərində də əvəzsiz məlhəmdir.

Bütün bunlarla yanaşı, heç də unutmaq olmaz ki, hər məlhəm öz ölçüsündə daha effektlidir. Əgər balqabaq şirəsi gün ərzində cəmi 1 stəkan deyi, 3 stəkan içilərsə, bu da orqanizmə ancaq ziyan verər. Yaxud yağ 1 çay qaşığı deyil, xörək qaşığı ilə içilərsə, bu, mədə-bağırsaq ishallarına gətirər.
Tam sağlam insanlar və ya orqanizmində müəyyən xəstəliyi olanlar üçün balqabaq yeməyin heç bir problemi yoxdur. Balqabaq orqanizmi təmizləməklə, təzə qan yaratmaqla insana yeni həyat bəxş edir.

M.RƏHİMZADƏ
Etiketlər: balqabaq, Balqabaq, qaşığı, gündə, şirəsi, içilərsə, sonra, qəbul, orqanizmə, stəkan, deyil, alınmış, əleyhinə, məlhəmdir, bağırsaq, qarşı, balqabağın, xəstəliklərində, qaraciyər, müxtəlif
BİZİ İZLƏYİN