Tərkibi:
5 xörək qaşığı nescafe gold
5 xörək qaşığı şəkər tozu
5 xörək qaşığı su
Neçə stəkan hazırlanacaqsa o qədər süd
Üzəri üçün:
Hazır şokolad sousu
Hazırlanması:
Bir bankaya nescafe, şəkər və suyu götürün və mikser ilə 6-7 dəqiqə çırpın və hərtərəfli köpükləndirin.
Hazırlanan qarışıq stəkanların dibinə 1 - 1,5 xörək qaşığı kimi bölünür. Ayrı bir yerdə süd qızdırılır.
Fincan kənarından isti süd tökülür.Şokolad sousu ilə şəkilləndirin
Nuş olsun!