Tərkibi (1 pay):100 ml qəhvə
40 ml gilənar şirəsi
2 ç.q. qəhvəyi şəkər tozu
1 x.q. çalınmış qaymaq
1 x.q. dondurma
buz
Bəzək üçün:tünd şokolad
gilənar
Hazırlanması:Cəzvədə, yaxud qəhvə kombaynında qəhvə bişirin.
Şəkər tozu əlavə edib qarışdırın, soyudun.
Gilənar şirəsi turşdursa, şəkər tozunu bir qədər artıq edə bilərsiniz.
Kokteyl üçün badəni yarısınadək buz parçaları ilə doldurun.
Gilənar şirəsi və qəhvəni badəyə süzün.
Üzərinə çalınmış qaymaq qoyun.
Dondurma qoyun, tünd şokolad yonqarı səpib gilənarla bəzəyin.
Kokteyl çöpü ilə içmək daha rahatdır.
Nuş olsun!
Etiketlər: şirəsi, qəhvə, Gilənar, qaymaq, şokolad, çalınmış, şəkər, gilənar, Kokteyl, qoyun, qəhvəni, badəyə, yarısınadək, badəni, süzün, parçaları, doldurun, gilənarla, içmək, rahatdır