• Qış lattesi resepti

Reseptin məlumatları Baxış sayı: 11 283

Tarix : 9-11-2016, 12:00

Bölmə : İçkilər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 su stəkanı süd
1 su stəkanı qaynar su
2 yemək qaşığı qara çay
1 ədəd hil
2 ədəd qərənfil
1 ədəd ulduz cirə
½ çay qaşığı toz darçın
1 çay qaşığı toz zəncəfil
¼ çay qaşığı qara bibər
bal
darçın

Hazırlanması:
Qapaqlı çay süzgəcindən aldığınız iri yarpaqlı qara çayı qaynar suda 2-3 dəqiqə qədər dəmləyin.

Südü bir qazanda qaynadın.

Hilin iç qisimindəki toxumları çıxarın. Qərənfil, ulduz cirə, toz darçın, zəncəfil və qara bibər ilə birlikdə qaynamaqda olan südə əlavə edin. 2-3 dəqiqə daha qaynadın.

Çayı südün içərisinə süzərək əlavə edin.

Son olaraq stəkanınıza əlavə edərkən yenidən süzüz, bal ilə dadlandırın, üzərinə darçın səpin.

Nuş olsun!
Etiketlər: qaşığı, darçın, əlavə, zəncəfil, dəqiqə, bibər, qaynadın, ulduz, stəkanı, qaynar, içərisinə, süzərək, südün, səpin, olsun, qaynamaqda, olaraq, stəkanınıza, süzüz, dadlandırın
BİZİ İZLƏYİN