• Kərəviz suyu resepti

Reseptin məlumatları Baxış sayı: 9 584

Tarix : 3-06-2017, 17:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Kərəviz alma və ispanaq kimi az kalorili qidalar sinfinə aiddir. Bu bitki orqanizmimizə çox faydalı olmaqla, onu toksinlərdən təmizləyir, çəki atmağa kömək edir və qaraciyərimizin dostudur. Bu dəfə sizə bədəninizi yaza hazırlamaq və yaza əla bədən formasında girməyiniz üçün kərəvəz kürü detoksunu təqdim edirik.

Kərəviz kürü
Bu kürünü 72 saat içində gündə 3 dəfə qəbul etməlisiniz. Amma bu kürünü qəbul etdiyiniz zaman qidalanmanız yüngül yeməklərdən ibarət olmalıdır, bol su içməlisiniz.

Tərkini:
Kərəviz – 5 dənə (saplaqları olacaq)
Limon - 3 dənə
Su – 6 st
Cəfəri – 1 kasa (doğranmış)

Hazırlanması:
Sudan başqa bütün ərzaqları blenderdən keçirin. Yaxşı həll olduğundan əmin olun. Sonra suyu əlavə edib, bir dəfə qarışdırın. Qarışımı süzün və kənara qoyun. Hər gün yeməklərdən 1 saat əvvəl 2 stəkan için. 72 saat bitdikdən sonra ara verin və 1 həftə sonra yenidən başlayın.

Nuş olsun!

Qeyd edək ki, 101 qramlıq kərəviz 16, 64 qram kərəviz isə 10 kaloridir.
Etiketlər: Kərəviz, yeməklərdən, kürünü, qəbul, sonra, kərəviz, saplaqları, bütün, ərzaqları, blenderdən, Yaxşı, keçirin, başqa, olacaq, doğranmış, Cəfəri, olduğundan, Hazırlanması, Sudan, Limonatı
BİZİ İZLƏYİN