• Sassi suyu resepti

Reseptin məlumatları Baxış sayı: 4 884

Tarix : 2-06-2017, 19:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Həkim – dietoloq Sindiya Sass mədə və bağırsağın fəaliyyətini normallaşdıran, orqanizmi toksinlərdən və qazlardan azad edən bir içki kəşf edib. Amma sonra məlum oldu ki, bu içki sürətli şəkildə arıqlamağa da kömək edir. Siz də bu içkidən içərək ideal çəkiyə sahib ola bilərsiniz.

Tərkibi:
İçməli su – 2 litr
Doğranmış zəncəfil kökü – 1 x.q.
Soyulmuş xiyar – 1 ədəd
Nanə yarpağı – 2-3 yarpaq
Qreypfrut və ya limon – 1 ədəd
Adaçayı (şalfey)

Hazırlanması:

Suya doğranmış zəncəfil, xırda doğranmış xiyar və nanəni əlavə edin. Gecə soyuducuda saxlayın. Səhər sitrus meyvələrini və adaçayı yarpağını əlavə edin. 12 saat saxlayın və daha sonra için.

Nuş olsun!

Bu suyu necə içmək lazımdır?

İlk 4 gün – nə qədər çox olsa bir o qədər yaxşıdı. 2 litr içsəniz idealdır. Birinci stəkanı mütləq ac qarnına için, qalanını gün ərzində və yatmamışdan 2 saat əvvəl için. Sonra isə ay boyu gündə ən azı 2 stəkan içməyiniz kifayətdir. Nəticədə çəkinizin 4-5 kq azaldığını görməklə yanaşı, həzm sisteminizin yaxşılaşdığını, dərinizin gözəlləşdiyini və orqanizminizin, ruhunuzun rahatlaşdığının da şahidi olacaqsınız.
Etiketlər: xiyar, zəncəfil, doğranmış, əlavə, qədər, sonra, saxlayın, qarnına, mütləq, stəkanı, qalanını, ərzində, Sonra, əvvəl, yatmamışdan, Birinci, idealdır, içmək, olsun, yarpağını
BİZİ İZLƏYİN