• Tərəvəzli spagetti resepti

Reseptin məlumatları Baxış sayı: 20 654

Tarix : 6-06-2014, 16:46

Bölmə : Makaron yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 qram spagetti
3 su stəkanı su
1 çay qaşığı küncüt yağı
2 xörək qaşığı duru yağ
2 çay qaşığı soya sousu
1 çay qaşığı bal
Yarım dəstə təzə soğan
2 ədəd böyük ölçülü kök
Duz

Hazırlanması:
Spagettini 3 su stəkanı su ilə birlikdə bir qazana əlavə edin və suyunu çəkdirərək bişirin. Daha sonra servis qabına alın. Ayrı bir qabda küncüt yağı, 1 xörək qaşığı duru yağ, soya sousu və balı qarışdırın. Bu sousu spagettinin üzərinə gəzdirin. Təmizzlənmiş təzə soğanı incə-incə doğrayın. Rəndələnilmiş kök və təzə soğanı 1 xörək qaşığı duru yağda 2-3 dəqiqə qovurun. Spagettinin içinə qatın və bütün vəsaiti qarışdırın. Duzunu nizamlayın. İlıq olaraq servis edin.

Nuş olsun!
Etiketlər: qaşığı, xörək, sousu, qarışdırın, soğanı, servis, küncüt, stəkanı, yağda, dəqiqə, qovurun, Rəndələnilmiş, doğrayın, gəzdirin, Təmizzlənmiş, spagetti, Spagettinin, içinə, nizamlayın, olaraq
BİZİ İZLƏYİN