• Kənd üsulu spagetti resepti

Reseptin məlumatları Baxış sayı: 13 463

Tarix : 29-06-2016, 23:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
400 qr spagetti
5 sardina (siyənək fəsiləsindən xırda balıq)
400 qr pomidor
1 ədəd soğan
80 qr qoz
4 diş sarımsaq
50 qr tumu çıxarılmış qara zeytun
50 qr rəndələnmiş kənd pendiri və ya köhnə yağsız pendir
zeytun yağı , duz, qara bibər (damaq dadınıza görə)

Hazırlanması:
Sardirnyaları yuyaraq duzunu alın və halqa şəklində doğrayın.
Soğanı incə doğrayın və 3 xörək qaşığı zeytun yağında bişirin. Pomidoru əlavə edib ağzını bağlayın və 10 dəqiqə ərzində qaynamağa qoyun.
Bu vaxt ərzində qozu sardinlyaları və soyulmuş sarmısağı incə doğrayın.
Bu qarışığı və doğranmış zeytunu pomidor sosuna əlavə edin. Qarışdırın , bir az qara bibər əlavə edin, ağzını bağlayıb aşağı dərəcəli atəşdə 7-8 dəqiqə bişirin.
Spagettini duzlu bol qaynar suda diriliyini itirməyəcək qədər qaynatdıqdan sonra hazırladığınız sousu əlavə edin.
Hazırlanan spagettini süfrəyə vermək üçün boşqaba qoyub üzərinə bərabər şəkildə kənd pendirini və ya yağsız pendiri spagettinin üzərinə rəndələyin və beləcə yemək hazırdır.

Nuş olsun!
Etiketlər: əlavə, doğrayın, zeytun, pendiri, üzərinə, yağsız, bibər, bişirin, dəqiqə, ağzını, ərzində, pomidor, qaynar, duzlu, diriliyini, itirməyəcək, zeytunu, bağlayıb, Spagettini, Qarışdırın
BİZİ İZLƏYİN