• Siyənək sousu ilə kartof resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 806

Tarix : 29-10-2016, 17:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
6 iri kartof
duz
400 q siyənək filesi
1 balaca qırmızı soğan
2 diş sarımsaq
100 q kornişon (xırda xiyar marinadı)
1 dəstə şüyüd
600 q 25%-li xama

Hazırlanması:
Kartofu fırça ilə tərtəmiz yuyun. Bir neçə yerindən diş çöpü ilə deşin. Üzərinə duz və yağ sürtün. Hər kartofu ayrılıqda folqaya bükün.
220 dərəcə qızdırılmış sobada təxminən 1 saat bişirin. Hazır olduğunu yoxlamaq üçün diş çöpünü batırın, o, kartofa rahatlıqla girirsə, deməli, bişib.
Sous: siyənəyi, kornişonu, soğanı, sarımsağı və şüyüdü xırda doğrayın. Xama qatıb qarışdırın. Lazım gələrsə, bir qədər də duz əlavə edin.
Hazır kartofu folqadan çıxarın, ortasını çərtib aralayın. Sous töküb süfrəyə verin. Yanında kələm şorbası da verə bilərsiniz.

Siyənək sousu ilə kartof resepti - FOTO RESEPT

Siyənək sousu ilə kartof resepti - FOTO RESEPT

Siyənək sousu ilə kartof resepti - FOTO RESEPT

Siyənək sousu ilə kartof resepti - FOTO RESEPT

Siyənək sousu ilə kartof resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: kartofu, Hazır, xırda, şüyüdü, sarımsağı, kartofa, doğrayın, qarışdırın, qatıb, soğanı, kornişonu, deməli, girirsə, bişib, siyənəyi, Lazım, rahatlıqla, gələrsə, verin, süfrəyə
BİZİ İZLƏYİN