• Qarpız desertləri

Reseptin məlumatları Baxış sayı: 2 041

Tarix : 11-07-2018, 20:00

Bölmə : Məsləhətlər


Əgər siz qarpız yeməkdən təngə gəlmizsinizsə, o zaman ondan daha maqraqlı və qeyri adı desertlər hazırlaya bilərsiniz.

Əgər siz qarpızın şirəsini qaynatsaz nəticədə uzun müddət saxlaya biləcəyiniz qarpız balı əldə edəcəksiniz.

Qarpızdan sərinləşdirici içkilər üçün buz da hazırlamaq olzr. Bunu üçün qarpızı dilimləyin, qabığını soyun, püre halına salaraq formaya töküb dondurun.

Qarpızdan müxtəlif kokteyllər də hazırlanır. Məsələn: qarpız şirəsini qazlı su ilə qarışdırıb qarpız freşi əldə edə bilərsiniz. Uşaqlar bu çəhrayı «şampan” şərabından çox məmnun qalacaqlar.

Qarpız deserti dedikdə ilk növbədə ağıla qabılarından hazırlanan mürəbbə gəlir. Onu hazırlamaq üçün 1 kq təmizlənmiş qarpız qabığını istənilən formada kəsib suda azacıq qaynatmaq tələb olunur. Sonra suyu soyudaraq qabıqları 1,5 kq şəkər və 2 stəkan sudan hazırlanmış siropda şəffaflaşanadək bişirmək lazımdır. Sonda mürəbbəyə 2 qr limon turşusu vurulur.
Etiketlər: qarpız, Qarpızdan, bilərsiniz, qabığını, hazırlamaq, şirəsini, təmizlənmiş, gəlir, kəsib, azacıq, mürəbbə, formada, istənilən, hazırlanan, Qarpız, qalacaqlar, məmnun, deserti, dedikdə, qabılarından
BİZİ İZLƏYİN