• Dünyanın qeyri-adi "fast food"ları

Reseptin məlumatları Baxış sayı: 449

Tarix : 19.10.2018, 20:00

Bölmə : Məsləhətlər




Fast food-lar özündə dünyanın müxtəlif ölkələrinin kulinariya ənənələrini əks etdirir. Adətən belə yeməklər baha olmur, hər kəsin büdcəsinə uyğun gəlir. Onlarla yol boyu hər yerdə rastlaşmaq olur - avtobus dayanacaqlarında, fast-fud kafelərində, tinlərdə, köşklərdə və s.

“Currywurst” - Almaniyanın çox məşhur küçə yeməyidir. Bu, karri (ədviyyat) ilə qızardılmış kolbasa, kartof fri və ketçup ilə təqdim edilən fast-fuddur. Məlumdur ki, almanlar “Formula1” yarışlarını böyük səbirsizliklə gözləyirlər. Elə yarış başlamazdan öncə aclıq hislərini də “Currywurst” ilə öldürürlər.

“Dürüm” - Türkiyəyə məxsus dadlı küçə yeməklərindən biridir. Elə ölkəmizdə də az sevilmir. İçində çəkilmiş ət və ya toyuq, pomidor, soğan, göyərti olan lavaş bükməsidir. Təkcə lavaşla deyil, dürümü çörəklə də sifariş edənlər var.

"Kwek-Kwek" - bu Filippinin fast-fududur. O çox qeyri-adi küçə yeməklərindəndir: frityürdə (fri qızardılması üçün nəzərdə tutulan qab) unlanıb, qızardılmış yumurtalar əsasən tələbələrin sevimli qidasıdır.

"Bacalaitos" - Dominikan Respublikasında çox istifadə edilən küçə yeməklərindən biridir. Bu, qızardılmış duzlu (treska) balıqdır ki, yerli sakinlər onu bəh-bəhlə yeyirlər.

"Stekt Strömming" - bu küçə yeməyi isə İsveçə məxsusdur. Tərəvəzlərlə və çörəklə qızardılmış siyənək balığı çox ləziz dada malikdir.

süfrem.az

Etiketlər: qızardılmış, edilən, yeməklərindən, çörəklə, biridir, qeyri, yeməklərindəndir, fududur, Filippinin, edənlər, frityürdə, qızardılması, yumurtalar, unlanıb, tutulan, nəzərdə, sifariş, dünyanın, göyərtiyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN