• Pizza haqqında bilmədiyiniz 20 fakt!

Reseptin məlumatları Baxış sayı: 2168

Tarix : 31.08.2018, 20:00

Bölmə : Məsləhətlər




Pizza İtaliyanın ən məşhur yeməklərindəndir. Onlarla çeşidi olan bu fastfudun ən populyarı hansıdır, soruşursunuzsa, deyə bilərik ki, nəinki İtaliyada, elə dünyada da ən məşhur pizza “Marqarita”dır.

Bu pizzanın yaranmasının maraqlı tarixi var: 1889-cu ildə İtaliyanın kraliçası Marqarita Savoyskinin ad günü idi. Masaya İtaliyanın bayrağı rəngində qırmızı pomidorlu, ağ mozzarellalı və yaşıl reyhanlı pizza təqdim edildi və bunu kraliça çox bəyəndi. Özünün göstərişi ilə pizza Marqarita adlandırıldı.

Hər il Amerikada 3 milyarddan çox pizza satılır. Bu da hər adama 46 dilim deməkdir.
Bir pizza 744 kkal. malikdir. Bir dilim pendirli pizzanın isə kalorisi 220-370 arasında dəyişir.

Pizzanı hansı səbəbə görəsə, daha çox kişilər sevir, qadınlar ikinci yerdədir. Amma qadınlar kişilərdən daha çox vegetarian pizza sifariş edirlər.
Bir pizza insanın gündəlik enerji tələbatının 27 faizini ödəyə bilər.

Dünyanın ən iri pizzası 2012-ci ildə bişirilib. Onun uzunluğu 43 metr olub. Hazırlanması üçün 9 ton un, 9 ton mozzarella pendiri, 190 kq. bitki yağından istifadə edilir.

Şənbə günü axşam pizza yeyilməsi üçün ən populyar zamandır.
Dünyanın ilk pizzariyası 1738-ci ildə Neopolda açılıb və “Antika” adlandırılıb.
Pizzanın ən məşhur ərzağı peperonidir - bu, çox acı-kəskin salyami kolbasasıdır.

süfrem.az
Etiketlər: pizza, İtaliyanın, məşhur, Dünyanın, Marqarita, qadınlar, dilim, pizzanın, faizini, tələbatının, enerji, bilər, uzunluğu, bişirilib, pizzası, gündəlik, ödəyə, edirlər, ikinci, sevir
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN