• Süd və süd məhsullarını necə saxlamaq lazımdır?

Reseptin məlumatları Baxış sayı: 13 248

Tarix : 9-11-2018, 20:00

Bölmə : Məsləhətlər


Süd və süd məhsulları orqanizm üçün əvəzedilməz qidadır. Tərkibində olan mikroelementlər insan üçün həyati əhəmiyyət kəsb edir. Onlar təkcə uşaqlara deyil, böyüklərə də çox gərəklidir və gündəlik qida rasionumuzda olması şərtdir.

Faydası sayılmaqla bitməyən süd və süd məhsullarının bircə mənfi cəhəti onların tez xarab olmasıdır. Düzgün saxlamadıqda sağlamlığımız üçün ciddi təhlükə yarana bilər. Çünki süd məhsulları tez turşuyub, bakteriyalar yaradır və bu isə bağırsaqda streptokoklar, basillər, klostridii kimi mikroorqanizmləri işə salır.

Süd və süd məhsullarının hamısı soyuq yerdə, ağzı bağlı və təmiz qabda saxlanılmalıdır. Çünki onlar ətrafda olan qoxuları tez özünə çəkir və ya havadan mikrobu tez “qapırlar”.
Südü və kefiri ağzı bağlı qabda +3 – 6 dərəcədə soyuducuda saxlamaq lazımdır. Kəsmik və xama isə daha aşağı temperaturda – 0 - +4 dərəcədə saxlanılmalıdır.

Qatıq və qaymaq +3-dən +6-a qədər, pendir və yağ isə — +4 dərəcədə saxlanılır.
Ev şəraitində pendirləri ağzı bağlı qabda və duzlu suda 2-3 aydan artıq saxlamaq olmaz. Əgər pendir üzərində kif gördünüzsə, o zaman dərhal atmaq lazımdır. Pendirin qoxusu başqa məhsullara da keçməsin deyə, yaxşı olar ki, onu ya ayrı yerdə, ya da germetik qablarda saxlayın.

Əgər süd hələ açılmayıbsa, o zaman soyuducuda istifadə müddəti bitənə kimi saxlamaq olar. Ağzı açıq süd qutusunun isə 2-3 gün yararlılıq müddəti var. Tövsiyə edirik ki, Tetra Pak qutularda olan südləri alasınız. O qablaşdırma havakeçirmir, bu isə süddə bakteriya yaranma şansını xeyli aşağı salır.

Kəsmik və digər məhsullara gəlincə isə, onların böyük əksəriyyəti kağız bağlamalarda satırır. Bu isə onların daha tez hava keçirməsinə, tez xarab olmasına gətirib çıxara bilər. Odur ki, ehtiyatlı olun.

süfrem.az
Etiketlər: bağlı, qabda, saxlamaq, onların, dərəcədə, yerdə, xarab, saxlanılmalıdır, məhsullara, salır, müddəti, Çünki, bilər, zaman, məhsullarının, soyuducuda, Kəsmik, lazımdır, aşağı, məhsulları
BİZİ İZLƏYİN