• Makaronlar yapışmasın deyə...

Reseptin məlumatları Baxış sayı: 2932

Tarix : 4.03.2019, 10:00

Bölmə : Məsləhətlər


Makaron məmulatları ən populyar qarnirlərdən biridir. Lakin asan və tez hazırlanan bu qarnirin bəzi sirləri var.

1. Yalnız yaxşı keyfiyyətli makaron alın. Boz, ovulan makarondan heç vaxt dadlı qarnir alınmayacaq.

2. Bərk buğda növlərindən hazırlanmış makaronlara üstünlük verin. Bu bağlamanın üzərinə qeyd olunur.

3. 500 qr paçka üçün 5 l su götürün. Bu çox vacibdir. Az suda bişən makaron biri-birinə və qazana yapışır.

4. Duzu su qaynadıqdan sonra qazana tökün, təkrar qaynamağı gözləyin, sonra qazana makaron tökün.

5. Makaron qaynamağa başlayana qədər onu vaxtaşırı qarışdırmaq lazımdır ki, makaronlar yapışmasın.

6. Makaronlar yapışmasın deyə suya 1 ç.q. bitki yağı da tökə bilərsiniz.

7. Makaronları süzəndən sonra üzərinə soyuq su tökməyin. Bu makaronları dadsız edir.

8. Qazanda kərə yağını dağ edin, üzərinə bişmiş makaron tökün, qarışdırın, oddan götürün.


Etiketlər: makaron, tökün, sonra, qazana, üzərinə, Makaron, götürün, yapışmasın, dadsız, qaynamağı, gözləyin, qaynamağa, başlayana, təkrar, Qazanda, oddan, qarışdırın, bişmiş, yağını, qədər
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN