• Yumurtanın təzə olduğunu necə bilmək olar?

Reseptin məlumatları Baxış sayı: 11 935

Tarix : 28-01-2017, 09:00

Bölmə : Məsləhətlər


Təzə yumurtanı necə seçmək olar?

Yumurtanı duzlu su ilə dolu qaba qayaraq təzə olub-olmadığını anlaya bilərsiniz. Yumurta suyun üzündə qalırsa, boyat, dibinə çökürsə, təzədir.

Yumurtanı astaca sirkələyin, içində yüngülcə hərəkət hiss edirsinizsə, bu da boyat olduğuna işarədir.

Yumurtanın təzəliyi qabığından da bilinir. Təzə yumurtanın görünüşü bir az mat və kirəçlidir. Boyat yumurta isə parlaq və sürüşkən olur.

Göyərtiləri təzə saxlayın

Təzə nanə, şüyüd və reyhan kimi göyərtilərin xarab olmasının qarşısını almaq üçün kiçik parçalar şəklinə salıb, falqa kağızına bükün və soyuducuda dondurun. Bundan əlavə, xırda doğranmış göyərtiləri qaba töküb, üstünə daş duz, sirkə və ya bitki yağı əlavə edərək soyuducuda saxlaya bilərsiniz.
Etiketlər: boyat, əlavə, bilərsiniz, soyuducuda, Yumurtanı, almaq, qarşısını, kiçik, parçalar, salıb, şəklinə, olmasının, saxlayın, Göyərtiləri, şüyüd, reyhan, xarab, göyərtilərin, falqa, kağızına
BİZİ İZLƏYİN