• İçli köftə resepti

Reseptin məlumatları Baxış sayı: 25 913

Tarix : 12-10-2014, 10:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
İçi üçün:

500 q yağlı qiymə
5 xırda doğranmış soğan
1 ç.q. qara istiot
1 ç.q. pulbibər
100 q qoz
100 q dolmalıq fıstıq
1 paket marqarin
duz

Üstü üçün:
500 q yağsız qiymə
250 q xırda bulqur
duz
1 sürtgəcdən keçirilmiş soğan
1 ç.q. bibər pastası

Sous üçün:
1 x.q. marqarin
1 ç.q. bibər pastası
1,5 st. su
duz

Hazırlanması:
Əvvəlcə içini hazırlayın. Bir qazanda yağ, duz, soğan, qiyməni qovurun. Soğanlar saralanda istiot, pul bibər və xırdalanmış qoz, fıstıq (bütöv) əlavə edin. Qovurandan sonra ocaqdan götürüb soyudun.

Üstünü hazırlamaq üçün lazım olan ərzaqları qarışdırın, yoğurarkən arada əlinizi isladın. Alınan xəmiri qoz boyda kündələrə ayırın. Bir barmağınızı ortasına qoyub əlinizdə fırladaraq kasa şəkli verin. İçi əlinizlə azca sıxıb bu kasanın içinə qoyun, qıraqlarını qapadın. Qaynar yağda o üz-bu üz qızardın.

İçli köfteni həmçinin qaynadırlar da. Bunun üçün qazanda yağ əridin, bibər pastası (tomat pastası), su əlavə edin, qaynara düşəndə duz səpin, köfteləri içinə qoyub 5-10 dəqiqə qaynadın.

Nuş olsun!
Etiketlər: bibər, pastası, soğan, marqarin, qazanda, əlavə, içinə, fıstıq, qoyub, istiot, qiymə, xırda, qoyun, əlinizlə, sıxıb, kasanın, verin, boyda, kündələrə, ayırın
BİZİ İZLƏYİN