• Kartoflu içli köftə resepti

Reseptin məlumatları Baxış sayı: 16088

Tarix : 12.10.2014, 23:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
3 st. xırda bulqur (köftelik)
2 sürtgəcdən keçirilmiş baş soğan
100 q yağsız qiymə
2 balaca kartof (qaynadılıb əzilmiş)
3 x.q. pul bibər
1,5 x.q. mannı yarması
1,5 x.q. un
1 ç.q. duz

İç üçün:
500 q qiymə
500 q baş soğan
pul bibər
duz
qara istiot

Hazırlanması:
Bulquru yarım stəkan suda isladın, yumşalanda sürtgəcdən keçirilmiş soğan, qiymə və pul bibəri qatıb yoğurun. Kartofu suda bişirib əzin, manna yarması, un və duzla birlikdə bulqura əlavə edib yoğurun.

Qiyməni və xırda doğranmış soğanı bir tavada qovurub duz və istiot əlavə edin, soyudun.

Xəmirdən mandarin boyda kündələr tutun, əlinizlə kasa halına salın, bir qaşıq iç qoyub, bükün. Yağda qızardın.

Nuş olsun!
Etiketlər: soğan, qiymə, bibər, yoğurun, əlavə, istiot, yarması, xırda, sürtgəcdən, keçirilmiş, qovurub, soyudun, Xəmirdən, mandarin, olsun, tavada, Qiyməni, doğranmış, soğanı, boyda
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN