• Şabalıdlı içli küftə resepti

Reseptin məlumatları Baxış sayı: 15 402

Tarix : 12-03-2016, 13:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 4-6


Tərkibi:
3 stəkan incə bulğur
2 ədəd soğan
100 qram yağsız qiymə
2 ədəd kartof
3 qaşıq qırmızı bibər
1,5 qaşıq irmik
1,5 qaşıq un
duz

İçlik üçün:
500 qram qiymə
3 ədəd soğan
1 stəkan şabalıd
1 stəkan qoz ləpəsi
qırmızı bibər
istiod
duz

Bişirmək üçün:
Maye yağ

Hazırlanması:
İçli küftə hazırlamaq üçün əvvəlcə bulğuru yarım stəkan suda isladıb yumşaldın.

Rəndələnmiş soğanı, qiymə və pul bibəri bulğura əlavə edib yumşaldın.

Kartofları suda bişirin və əzib püre halına gətirin. Sonra kartof püresini, irmiyi, un və duzu da əlavə edin, xəmir halına gələnə qədər yoğurun.

Kiçik doğranmış soğanları qovurun.

Qiyməni və ədviyyatı əlavə edin.

Ocağı söndürəndə duz əlavə edin.

Duxovkada yarım saat bişirdiyiniz şabalıdları təmizləyin və əzin.

Qiyməyə şabalıd və qoz əlavə edin.

Bulğurlu xəmirdən mandarin böyüklüyündə parçalar qopardıb incə bir şəkildə açın.

Bir qaşıq iç qoyun və qapatın.

Maye yağda qızardın.

Küftələr qızılı rəng alana qədər qızardın.

Nuş olsun!
Etiketlər: əlavə, stəkan, qaşıq, küftə, qiymə, halına, Şabalıdlı, şabalıd, qədər, yarım, yumşaldın, qırmızı, bibər, qızardın, soğan, kartof, söndürəndə, Duxovkada, bişirdiyiniz, doğranmış
BİZİ İZLƏYİN