• Ətsiz çiy küftə resepti

Reseptin məlumatları Baxış sayı: 4 851

Tarix : 19-05-2019, 12:00

Bölmə : Quru yeməklər / Digər reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 su stəkanı bulğur,
2 orta boy pomidor,
1 kiçik soğan,
1 su stəkanı qoz,
1 orta boy limon
1 kiçik bişmiş kartof (100 qr),

Sosu üçün:
1 su stəkanı zeytun yağı,
1 qaşıq yarım pomidor bibət tomatı,
1 yemək qaşığı müxtəlif ədviyyatlar,
1 şirniyyat qaşığı istiot,
2 yyemək qaşığı pul bibər,
1 yemək qaşığı nar şərab,
2 diş sarımsaq,

Hazırlanması:
Ətsiz çiy küftəni hazırlamaq üçün əvvəlcə sosunu hazırlamaq lazımdır.
Zeytun yağını tavaya qoyun.
Tomatı da əlavə edib ocağı yandırın.
Tomatı bir az yağda qarışdırın və üzərinə ədviyyatları, istiotu, pul bibəri, nar şərabını əlavə edib qarışdırın.
Hazır sosu bir kənara qoyun.
Pomidorların qabığını soyun.
Soyduğunuz pomidorları doğrayıb mətbəx robortundan keçirin.
Soğanı soyub 4- ə bölün vəpomidorla birlikdə pürə halına gələnə qədər robortdan keçirdin.
Üzərinə bulğuru əlavə edib robortu çalışdırın.
3-4 dəqiqə sonra qarışımı bir yoğurma qabına alın.
Robortunuz yoxdursa, bu işləri əllə də edə bilərsiniz.
İncə çəkilmiş qozu bulğurun içinə əlavə edib qarışdırın.
Limonu 4 parçaya bölün.
Çəyirdəklərini çıxarıb bulgura əlavə edin.
Limon parçalarını sıxaraq yoğurmaya davam edin.
Qabıqlar tamamən susuz qalınca,bulğurun içindən çıxardın.
Bu əsnada bulğur bir az yumşalmış olacaq.
Kartofu soyub yaxşıca əzin və bulğura əlavə edib yenidən yoğurun.
Əvvəlcədən hazırladığınız sosu bulğura əlavə edib yoğurmağa davam edin.
Hazır hala gələn küftəyə incə doğranmış cəfəri əlavə edib yenidən yoğurun.
Çiy küftə şəklində düzəldib servis tabağına düzün.
Bol tərəvəz və ayranla servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, qaşığı, qarışdırın, stəkanı, hazırlamaq, bulğura, yoğurun, yenidən, qoyun, davam, bölün, soyub, bulğurun, Hazır, Tomatı, servis, yemək, bulğur, pomidor, kiçik
BİZİ İZLƏYİN