• Hər səhər limon suyu içmək üçün 5 səbəb

Reseptin məlumatları Baxış sayı: 1956

Tarix : 30.05.2019, 14:00

Bölmə : Qidalanma qaydaları


Bir çox qida mütəxəssisləri hər səhər 1 x.q. təbii limon şirəsi əlavə olunmuş 1 stəkan su içməyi tövsiyə edir.

Bunun faydaları nədədir?

1. Həzmi yaxşılaşdırır

Limon şirəsi mədə problemlərini, qıcqırmanı və köpü yüngülləşdirir. Həmçinin hər səhər qəbul edilsə, həzmə kömək edir, qəbizliyin qarşısını alır.

2. Böyrəklərdə daşların yığılmasını əngəlləyir

Limon şirəsi sidiyin turşuluğunu azaldır və bununla da böyrəklərdə daşların yığılmasına mane olur.

3. Sağlam və yenilənmiş dəri üçün əla vasitədir

C vitamini dərini möhkəmləndirir və cavanlaşdırır, dərinin qocalmasını ləngidir. Həmçinin C vitamini ilə zəngin olduğundan dəri qırışları və ləkələrini azaltmağa kömək edir.

4. Çəki itkisinə yardım edir

Limon suyu sayəsində uzunmüddətli arıqlaya bilərsiniz.

5. Xərçəng əleyhinədir

Turş olduğuna baxmayaraq limon orqanizmin daxili mühitini gələviləşdirir. Qələvi mühiti xərçəng hüceyrələrinin çoxalmasına mane olur.


Etiketlər: Limon, şirəsi, vitamini, səhər, Həmçinin, daşların, kömək, limon, azaltmağa, yardım, ləkələrini, itkisinə, zəngin, cavanlaşdırır, möhkəmləndirir, dərini, dərinin, qocalmasını, olduğundan, sayəsində
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN