• Dadlı, ləzzətli kartof katleti resepti

Reseptin məlumatları Baxış sayı: 16 420

Tarix : 7-08-2017, 17:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3-4 ədəd kartof (böyük ölçülü),
2 ədəd soğan,
3 ədəd kök,
yarım dəstə keşniş,
3 ədəd yumurta,
3 x.q. un,
sarıkök,
duz,istiot

Hazırlanması:
Əvvəlcə kartofu suda bişirib, əzirik. Daha sonra kökün qabığını soyub, sürtgəcdən keçirdirik. Ayrı bir qabda soğanı sürgəcin kiçik ölçülü dişindən keçirdib, suyunu sıxırıq. Kartofun üzərinə əlavə edib, yumurta, sarıkök və göyərti vuraraq qarışdırırıq. Duz, istiot töküb, yenidən qarışdırırıq. Əlimizlə katlet forması verərək hər iki üzünü una batırırıq. Əvvəlcədən qızdırılmış yağda qızardırıq.

Nuş olsun!
Etiketlər: istiot, yumurta, sarıkök, qarışdırırıq, ölçülü, töküb, göyərti, vuraraq, əlavə, suyunu, sıxırıq, Kartofun, üzərinə, yenidən, forması, Əvvəlcədən, qızdırılmış, yağda, qızardırıq, batırırıq
BİZİ İZLƏYİN