• Kağzı kababı resepti

Reseptin məlumatları Baxış sayı: 5 069

Tarix : 4-10-2017, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
300 qr. quzu əti
1 baş soğan
2 uzun yaşıl bibər
2 kök
1 stakan yaşıl noxud (bişmiş)
2 pomidor
2 x.q. tomat pastası
2 diş sarımsaq
50 qr. kərə yağı
100 ml. günəbaxan yağı
pul bibər
cirə
duz
nanə

Hazırlanması:
Əti və tərəvəzdəri eyni ölçudə kub kəsin. Kərə yağını tavada əridib əti hər tərəfli lap biraz qızardın 2-3 dəq. Yanına kartofu əlavə edin və bütün ədviyyatları, qazın altını keçirdin.
Bütün kəsdiyimiz tərəvəzdəri və əti bir böyük qaba qoyun. Sarımsağı lap xırda kəsib əlavə edin. Tomat pastası və günəbaxan yağı əlavə edib hamısını yaxşıca qarışdırın.
Bişirilmə kağızını soba qabına qoyun. Yeməyimizi ortaya yığın, üstü bi kağızla daha bağlayın və qıraqlarını elə bükün ki, nə hava nədə yeməyin suyu çıxmasın. Storeda çəkmişəm baxın. 200 dərəcədə 1 saat bişirin

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, tərəvəzdəri, qoyun, günəbaxan, pastası, yaşıl, bibər, Bişirilmə, kağızını, qabına, qarışdırın, Sarımsağı, hamısını, Tomat, Yeməyimizi, yaxşıca, xırda, kəsib, bağlayın, çəkmişəm
BİZİ İZLƏYİN