• Nar suyunda quzu qovurması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12976

Tarix : 19.04.2016, 17:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 1-2




Tərkibi:
200 q qoyun əti
30 ml təzə sıxılmış turş nar suyu
1 baş soğan
1 ç.q. zirə
1 ç.q. keşniş toxumu
duz
1 x.q. nar dənəsi
göyərti
2 qabıqlı bişmiş kartof
5 ədəd dənəvər istiot

Hazırlanması:
Zirə, keşniş toxumu, dənəvər istiotu həvəngdəstədə yüngülcə döyün.

Narın şirəsini sıxın (1 narın şirəsi, əgər yaxşı sıxmısınızsa, 4 pay əti marinə etməyə yetir).

Bu şirəni ətə çəkin. Üzərinə ədviyyat səpib soyuducuda 2 saat saxlayın.

Kartofu suda qabıqlı bişirin. Soyudub təmizləyin, fal-fal doğrayın.

Kvadrat (35x35 sm) kəsilmiş folqanın üzərinə kartof dilimlərini düzün. Duzlayın. Əti üstünə qoyun.

Üzərinə halqa doğranmış soğan düzüb duz vurun.

Yağ əlavə etmək gərək deyil, çünki qoyun əti onsuz da yağlıdır.

Folqanı bükün. Siniyə qoyub 180 dərəcə qızdırılmış sobada 1 saat bişirin. (Bir neçə pay edəcəksinizsə, hər pay üçün ayrıca 35x35 sm ölçüdə folqa götürün).

Süfrəyə verəndə ətin yanına kartofla soğanı düzün, folqanın içində qalan sousu ətin üzərinə gəzdirin. Hətta elə folqanın içində də süfrəyə verə bilərsiniz. Üzərinə göyərti və nar dənələri səpin.

Nar suyunda quzu qovurması resepti - FOTO RESEPT

Nar suyunda quzu qovurması resepti - FOTO RESEPT

Nar suyunda quzu qovurması resepti - FOTO RESEPT

Nar suyunda quzu qovurması resepti - FOTO RESEPT

Nar suyunda quzu qovurması resepti - FOTO RESEPT

Nar suyunda quzu qovurması resepti - FOTO RESEPT

Nar suyunda quzu qovurması resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: Üzərinə, folqanın, qoyun, dənəvər, bişirin, içində, düzün, kartof, üzərinə, soğan, göyərti, keşniş, toxumu, qabıqlı, Siniyə, bükün, qoyub, qızdırılmış, sobada
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
tehmine
bu yemeyi bizim tereflerde cox hazirliyirlar amma 30l nar suyu yox sadece denelenmis nar elave edirik.
3 may 2016 17:31
4
Offline
DADLI
Sitat: Лала ж
30 l nar suyuuu?

ml olmalıdır)
23 aprel 2016 15:40
3
Offline
Лала ж
30 l nar suyuuu?
23 aprel 2016 11:15
2
Offline
Ayşən Əliyeva
Hec eşitmemişdim bele bir yemek.Maraqlidi hazirlamaq olar.
19 yanvar 2016 21:01
1
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN