• Toyuğun döş əti ilə evsayağı yumurtalı əriştə qaymaqlı sousda resepti

Reseptin məlumatları Baxış sayı: 6 246

Tarix : 9-04-2018, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Makaron yeməkləri / Souslar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : barakat.az


Tərkibi:
toyuğun döş əti,
yumurtalı əriştə,
şirin bibər,
soğan,
kök, sous

Hazırlanması:
1. Donu açılmış toyuqu qablaşdırmadan çıxardın, yuyun və quruladın. Toyuqun döş ətinin uzun zolaqlar şəkilində doğrayın.

2. Parallel olaraq əriştə üçün qazanda qaynamağa su qoyun (0.7-1 lt i pors üçün).

3. Tərəvəzləri yuyun və təmizləyin. Kökü və şirin bibəri nazik zolaqlar, baş soğanı isə nazik lələklər şəkilində doğrayın.

4. Yüksək odda bitki yağını qızdırın və toyuqla kökü qızardın. Toyuğu yüngül qızılı rəng alanadək qızardın. Soğanı və bibəri əlavə edin. Qarışdıraraq daha 7-8 dəqiqə ərzində qızardın.

5. Duz əlavə edilmiş qaynayan suya əriştəni tökün və qarışdırın. Əriştəni 7-10 dəqiqə ərzində bişirin. Onun hazırlanmasını mütəmadi yoxlayın.

6. Bütün inqrediyentlər qızardıldıqdan sonra, tavaya sousu və bişirilmiş, süzgəcdən suyu süzülmüş əriştəni əlavə edin. Qarışdırın və tavada daha 2 dəqiqə saxlayaraq tavanı odun üzərindən götürün.

7. Toyuqlu əriştə hazırdır. Təamı dərhal süfrəyə təqdim edin, istəyinizə görə təzə kişnişin yarpaqları ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: qızardın, dəqiqə, əlavə, əriştə, zolaqlar, əriştəni, şəkilində, doğrayın, şirin, yuyun, nazik, bibəri, ərzində, inqrediyentlər, qızardıldıqdan, sousu, sonra, tavaya, yoxlayın, Əriştəni
BİZİ İZLƏYİN