• Qunbao toyuğu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14122

Tarix : 26.11.2014, 16:00

Bölmə : Quru yeməklər, Toyuq yeməkləri, Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
3 ədəd toyuq döşü (500 q)
2 baş soğan
2 diş sarımsaq
1 bolqar bibəri
1 paket Hoy Sin sousu
2 x.q. soya sousu
0,5 ç.q. küncüt yağı
70 q keşyu

Klyar:
1 yumurta
20 q kartof nişastası

250 ml bitki yağı (fritür üçün)

Hazırlanması:
Baş soğanı nazik saman kimi doğrayın.

Soyuq suda isladın. İçinə buz parçaları da ata bilərsiniz. Belə olanda soğanın acısı daha yaxşı çıxır.

Toyuq filesini eyni böyüklükdə xırda doğrayın. Bir qədər una batırın.

Klyar: yumurta və nişastanı qarışdırın. Əgər qatı alınsa, azca su qatın (blin xəmiri qatılığında olsun). Hər toyuq tikəsini klyara batırın.

Qızdırılmış yağda toyuq ətini qızılı rəng alanadək qovurun. Lap qırmızı etməyin.

Kağız salfetin üstünə qoyun ki, yağını çəksin.

Tavada 1 x.q. bitki yağını qızdırın. İri doğranmış sarımsaq və bolqar bibərini qovurun.

Hoy Sin sousunu əlavə edin. Beləsini tapmadınızsa, özünüz hazırlayın: duz, soya sousu, nişasta (qatılıq üçün), şəkər tozu, azca bal, üyüdülmüş keşniş toxumu, qara istiot, limon şirəsi, xırdalanmış sarımsaq və zəncəfil.

Toyuq tikələrini əlavə edin. Keşyuları, soya sousunu (çox qoymayın, çünki Hoy Sinin də tərkibində bu sousdan var), küncüt yağı əlavə edin. Acı sevənlər Çili istiotu da əlavə edə bilərlər.

Suda islatdığınız soğanı başqa tavada bitki yağında qızılı rəng alanadək qovurun.

Boşqaba soğanı, üzərindən isə toyuğu düzün. Bəzəyib süfrəyə verin.
Qunbao toyuğu resepti - FOTO RESEPT

Qunbao toyuğu resepti - FOTO RESEPT

Qunbao toyuğu resepti - FOTO RESEPT

Qunbao toyuğu resepti - FOTO RESEPT

Qunbao toyuğu resepti - FOTO RESEPT

Qunbao toyuğu resepti - FOTO RESEPT

Qunbao toyuğu resepti - FOTO RESEPT

Qunbao toyuğu resepti - FOTO RESEPT

Qunbao toyuğu resepti - FOTO RESEPT

Qunbao toyuğu resepti - FOTO RESEPT

Qunbao toyuğu resepti - FOTO RESEPT

Qunbao toyuğu resepti - FOTO RESEPT

Qunbao toyuğu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, sousu, soğanı, bitki, qovurun, toyuq, sarımsaq, Toyuq, doğrayın, batırın, olsun, sousunu, qızılı, yağını, alanadək, yumurta, Klyar, bolqar, küncüt, toxumu
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN